GUAM-a üzv dövlətlərin nəqliyyat üzrə işçi qrupunun iclası keçirilib

GUAM-a üzv dövlətlərin nəqliyyat üzrə işçi qrupunun iclası keçirilib
# 20 may 2016 09:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. GUAM-ın Kiyevdəki Baş Katibliyində Moldovanın sədrliyi ilə nəqliyyat üzrə işçi qrupun 11-ci iclası keçirilib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, iclasda GUAM-a üzv dövlətlərin və Baş Katibliyin nümayəndələri iştirak edib.

İştirakçılar GUAM nəqliyyat dəhlizinin yeni imkanları ilə bağlı fikir mübadiləsi aparıblar, “GUAM-Tranzit-2” xüsusi konfransının nəticələri ilə bağlı məsələləri müzakirə edib və onların tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar. Üzv dövlətlərin nəqliyyat nazirlərinin Odessada keçirləcək iclasına hazırlıq məsələləri müzakirə olunub, Odessa Bəyannaməsi və GUAM nəqiyyat dəhlizi ilə yüklərin artırılması barədə fəaliyyət planı qəbul edilib.

Qeyd edək ki, GUAM-a üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə işçi qrupunun növbəti iclası 31 may 2016-cı ildə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR