Brent neftinin qiyməti 50 ətrafında dəyişir

Brent neftinin qiyməti 50 ətrafında dəyişir
# 07 iyun 2016 07:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 49,56 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar azalaraq 50,40 dollar olub.

Nigeriyada terrorçuların "Shell" şirkətinə məxsus neft platformalarına hücumu "qara qızıl"ın bahalaşmasına səbəb olsa da, ABŞ-da neft buruqlarının sayının artması ilə bağlı "Baker Hughes" şirkətinin açıqladığı statistika nefti ucuzlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR