Matteo Renzi: “Miqrasiya böhranı Aİ-nın Suriya və Liviyaya qarşı mübahisəli siyasətinin nəticəsidir”

Matteo Renzi: “Miqrasiya böhranı Aİ-nın Suriya və Liviyaya qarşı mübahisəli siyasətinin nəticəsidir”
# 23 sentyabr 2015 19:21 (UTC +04:00)

Bakı-APA. Miqrasiya böhranı Avropa İttifaqının Suriya və Liviyaya qarşı mübahisəli siyasətinin nəticəsidir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Aİ-nın fövqəladə sammitinə gələn İtaliyanın baş naziri Matteo Renzi bəyan edib.

“Hazırkı vəziyyət Avropa İttifaqının xarici siyasət sahəsində Suriya və Liviyaya qarşı mübahisəli siyasi qərarlar verməsinin nəticəsidir”, deyə M.Renzi bildirib. O, həmçinin Avropa İttifaqını miqrasiya ilə bağlı problemlərin gecikdirilməsinə görə tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR