Lavrov: “Beynəlxalq terrora təkcə hərbi yolla qalib gəlmək mümkün deyil”

Lavrov: “Beynəlxalq terrora təkcə hərbi yolla qalib gəlmək mümkün deyil”
# 26 yanvar 2016 09:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Beynəlxalq terrorçuluğa təkcə hərbi yolla qalib gəlmək mümkün deyil. Bunun üçün siyasi və iqtisadi tədbirlərin görülməsi vacibdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Aydındır ki, terrorçuluğa hərbi yolla qalib gəlmək mümkün deyil, münaqişələrin nizamlanmasında silahlı fəaliyyətlə siyasi fəaliyyət uyğunlaşdırılmalıdır. Terrorçulara qarşı iqtisadi tədbirlər görülməlidir. Bununla yanaşı, terrordan əziyyət çəkən ölkələrin terror təhlükəsi aradan qalxandan sonra iqtisadi reabilitasiyası haqqında düşünmək vacibdir”, - deyə o, qeyd edib.

S. Lavrov Rusiyanın 2016-cı ildə Donbas probleminin həllinə kömək edəcəyini və Minsk razılaşmalarının tam yerinə yetirilməsini tələb edəcəyini söyləyib: “Razılaşmaların heç də hamısı, ən əvvəl Kiyevin Donetsk və Luqansk ilə birbaşa dialoqunun qurulması, böhranın siyasi aspektlərinin həlli barədə müddəalar yerinə yetirilməyib. Ona görə, bu işi 2016-cı ildə davam etdirmək qərara alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR