Həyat yoldaşını öldürmək istəyən şəxsin cəzası azaldılıb

Həyat yoldaşını öldürmək istəyən şəxsin cəzası azaldılıb
# 08 fevral 2016 07:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən İlqar Qocamanovun apellyasoya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək, cəzasını 14 ildən 11 il 3 aya endirib.

Qeyd edək ki, İ.Qocamanov həyat yoldaşı Rəna Qocamanovanı bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. İ.Qocamanov Cinayət Məcəlləsinin 29.120- ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması ilə bağlı apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR