Gəncə sakini damdan yıxılaraq xəsarət alıb

Gəncə sakini damdan yıxılaraq xəsarət alıb
# 01 aprel 2016 09:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə damdan yıxılan şəhər sakini ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Balahüseyn Əliyarov kəllə-beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, B. Əliyarov oğlunun evində dam örtüyünü təmir edərkən yıxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR