Səbail rayonunda bina yanıb, 20 nəfər təxliyə edilib

Səbail rayonunda bina yanıb, 20 nəfər təxliyə edilib
# 22 mart 2016 07:09 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR