Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin iyunun 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 565,9 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2015-ci ilin may ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 35,2 mln. manat və ya 0,46% azalıb.
Bununla yanaşı, bu ilin may ayında əmanətlərin həcmi 119,1 mln. manat və ya 1,55% azalıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 908 mln. manat və ya 20,14% azalıb.