Kaxa Kaladze: "Bakı-Supsa kəməri ətrafında baş verənləri siyasiləşdirmək istəyirlər"

Kaxa Kaladze: "Bakı-Supsa kəməri ətrafında baş verənləri siyasiləşdirmək istəyirlər"
# 16 iyul 2015 14:44 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. “Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa biz alternativ layihəmizi həyata keçirəcəyik”.

Bunu APA-nın Gürcüstan bürosuna Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbiçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var".

Onun sözlərinə görə, Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər".

"Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - K. Kaladze bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq.

E. Nəsirovun sözlərinə görə, Azərbaycanın “qara qızıl”ı Supsa limanına alternativ yollarla çatdırmaq imkanı var: "Hansısa problem yaransa belə, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR