DSMF pensiyaların plastik kartlarla verilməsi üzrə tenderlər keçirəcək

DSMF pensiyaların plastik kartlarla verilməsi üzrə tenderlər keçirəcək
# 21 oktyabr 2011 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu pensiyaların plastik kartlarla verilməsi üzrə respublikanın bütün ərazisini əhatə edən tenderlər keçirəcək. “APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2012-ci ildə köhnə plastik kartların vaxtı bitdiyinə görə ölkə üzrə hərbi qulluqçular və Şuşa şəhər pensiyaçıları istisna olmaqla, qalan pensiyaçıların pensiyalarının verilməsi üzrə plastik kartların alınması üçün tender keçiriləcək: “Hazırda tenderləri keçirmək üçün ilkin şərtlər toplusu hazırlanır. Burada əsas məqamlardan biri vətəndaşların digər bankların bankomatlarından istifadə edərkən komisyon haqq ödəməsi ilə bağlıdır. Biz dəfələrlə banklara bildirmişdik ki, DSMF bu məbləği ödəməyə hazırdır. Sadəcə, banklar bunun qeydiyyatını aparmalıdırlar. Tenderlə bağlı qoyduğumuz digər əsas şərt isə pensiyaçıların mobil telefonuna plastik kartlarına pensiyanın məbləğinin daxil olması ilə bağlı sms-lərin göndərilməsidir. Bu ayın sonuna qədər bu məsələlər həll ediləcək. Biz bu ilin sonuna qədər tenderləri keçirməliyik ki, vətəndaşlar növbəti ildə yeni kartlarla pensiyalarını ala bilsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR