DMX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

DMX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 08 may 2015 13:54 (UTC +04:00)

Bakı-APA. Dövlət Miqrasiya Xidmətində (DMX) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə DMX-də Heydər Əliyev Muzeyini ziyarət ediblər. Tədbirdə Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən söhbət açılıb. Dövlətçiliyimizin möhkəmləndirilməsində, əhalinin rifahının yüksəldilməsində, iqtisadiyyatımızın inkişafındakı xidmətlərindən danışılıb.

Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib. Bildirilib ki, o, respublikamızı məhv olmaq təhlükəsindən xilas edib, ölkəni xaos və böhrandan qurtarıb, vətəndaş müharibəsinin qarşısını alıb, ölkədə sabitliyə nail olub. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində ölkəmizin bütün sahələrində genişmiqyaslı islahatlar həyata keçirilib. Onun sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması strategiyası, o cümlədən karbohidrogen ehtiyatlarının işlənməsi, regionların inkişafı siyasəti, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması kimi kompleks tədbirlər sonrakı illərdə Azərbaycanın dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.

Heydər Əliyev siyasi kursunun prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində respublikamızın inkişafı davamlı xarakter alıb. Bu inkişafın təkcə ölkədaxilində yox, xaricdən də aydın görünməsinin nəticəsidir ki, bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin sayı ildən-ilə artmaqdadır.

Sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycanın milli və iqtisadi maraqlarının qorunmasına miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsini həyat keçirən Dövlət Miqrasiya Xidmətinin verdiyi töhfələr qeyd edilib.

Sonda tədbir iştirakçıları Heydər Əliyevə həsr olunmuş filmə baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR