Türkiyə şirkətləri TANAP-ın tikintisində istifadə olunacaq boruların keyfiyyətini yoxlayacaq

Türkiyə şirkətləri TANAP-ın tikintisində istifadə olunacaq boruların keyfiyyətini yoxlayacaq
# 10 aprel 2015 15:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan təbii qazı Türkiyəyə nəql edəcək “Trans-Anadolu” Boru Xəttində (TANAP) istifadə olunacaq boruların keyfiyyəti yoxlanılacaq.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu borular Türkiyənin Türk Standartları İnstitutunun (TSE) laboratoriyalarında test edilərək, keyfiyyət baxımından yoxlamadan keçəcək. Bu yoxlamalar Avropa standartlarına uyğun aparılacaq.

Məlumata görə, artıq bu çərçivədə TSE-nin rəhbəri Mehmed Fehrettin və bir sıra yerli boru istehsal edən şirkətlərinin rəsmiləri arasında protokol da imzalayıblar. Protokolun şərtlərinə görə, TANAP layihəsində istifadə olunacaq boru sistemləri TSE laboratoriyasından uyğunluq sertifikatı almaq üçün test yoxlamalara cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR