Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 16 avqust 2015 00:14 (UTC +04:00)

Bakı-APA. Ekvadorun prezidenti Rafael Korrea Kotopaxi vulkanının fəallaşması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq fərmanı dövlət başçısı avqustun 15-də imzalayıb.

Son iki sutka ərzində vulkan bir neçə dəfə iki kilometr hündürlüyündə kül püskürüb. Üstəlik vulkanın ətrafında piroklastik axın müşahidə olunur. Kotopaxinin yaxınlığındakı yaşayış məntəqələrindən yüzlərlə insan təxliyyə edilib.

Kotopaxi Ekvadorun ən iri fəaliyyətdə olan vulkanıdır. Onun hündürlüyü 5,9 km yaxındır.

Qeyd edək ki, əhalisinin sayı 3 milyona yaxın olan Ekvadorun paytaxtı Kito vulkandan cəmi 45 km aralıda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR