Qaradağda yük avtomobili teplovozla toqquşub

Qaradağda yük avtomobili teplovozla toqquşub
# 13 aprel 2015 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil teplovozla toqquşub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də saat 10.00 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi “Shacman” markalı avtomobili teplovoza vurub.

Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR