Bakının iki avtomobil yolunda sürət həddi dəyişdirilib

Bakının iki avtomobil yolunda sürət həddi dəyişdirilib
# 28 noyabr 2014 11:36 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hava şəraiti normallaşdıqdan Böyükşor-Hava limanı istiqamətində avtomobil yolun surət həddi iki zolaqda 100 km/saatdan 120 km/saata, bir zolaqda 80 km/saatdan 100 km/saata, sonuncu zolaqda isə 60 km/saatdan 80 km/saata qaldırılıb.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda surət birinci zolaqda 100 km/saatdan 120 km/saata, ikinci zolaqda 80 km/saatdan 100 km/saata; üçüncü zolaqda isə 60 km/saatdan 80 km/saata qədər artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR