“Albalı plus” Yeni il aksiyası keçirir - FOTO

“Albalı plus” Yeni il aksiyası keçirir - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 07:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Albalı plus” (Albalı) məhdudiyyətsiz Yeni il aksiyasına başlayıb.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, aksiya müştərilərə bütün yaxınları üçün Yeni il hədiyyəsi almağa imkan verəcək. Belə ki, “Albalı plus” (Albalı) ilə ödənişlər daha sərfəli olub. Dekabrın 15-dən yanvarın 5-dək hər 1 taksitli alış-verişə “Unibank”dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək.

Partnyor olmayan mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq. Qeyd edək ki, “Unibank”ın SMS-taksit xidmətinə əsasən, bankın partnyoru olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür. Bu xidmət “Unibank” kartı ilə başqa bankların POS-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, “Albalı plus” (Albalı) kartı ilə başqa bankın POS-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşulacaq. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, taksit xidmətindən faydalana biləcək.

Üstəlik, yanvarın 5-dək öz “Albalı plus” (Albalı) kartı ilə azı 20 manatlıq əməliyyat edən hər kəs Yeni ildə Dubayda 5 ulduzlu oteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Hədiyyələr bununla bitmir. Lotereyanın davam etdiyi müddətdə çox-çox sərfəli kartları ilə azı 20 manatlıq əməliyyat edən “Albalı plus” (Albalı) sahiblərini 5 ədəd “İphone 6” mobil telefonu, 30 qalibi isə pul mükafatı hədiyyələri gözləyir. “Albalı plus” (Albalı) kartları ilə Azərbaycanda və xaricdə nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən hər kəs lotereyanın iştirakçısı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR