Bakıda tələbini döyərək öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda tələbini döyərək öldürən şəxsin məhkəməsi başlayıb
# 21 noyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Pərviz Abbasquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesin baxış iclası isə noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, P. Abbasquliyev Vüsal Cəfərov adlı şəxsi aralarında yaranmış münaqişə nəticəsində döyərək öldürüb. Məlumata görə, V. Cəfərov Bakıda ali məktəbi bitirərək Türkiyədəki ali məktəblərdən birində magistraturaya daxil olubmuş.

P. Abbasquliyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR