Zaqatala qoruğunda baş verən yanğın lokallaşıb

Zaqatala qoruğunda baş verən yanğın lokallaşıb
# 09 avqust 2014 18:52 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 17: 00 radələrində Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu ərazisindən keçən hissəsində, Balakən çayının sol sahilində dağlıq meşə ərazinin 4 saylı dolayında nəməlum səbəbdən yanğın başlayıb.

Ərazidə baş verən yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti, FHN-nin Zaqatala və Qax rayonlarının DYMH-dən hər birindən bir yanğınsöndürən maşın və şəxsi heyət və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Axşam saat 21:00 radələrinə FHN-nin Balakən, Zaqatala və Qax rayonlarının DYMH-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində qoruğun ərazisində baş verən yanğın nəzarətə alınaraq lokallaşıb. Yanğın nəticəsində qoruğun ərazisində 2 hektara yaxın sahədə meşə örtüyü və kol-kos yanıb. İri gövdəli ağacların yanmasının qarşısı alınıb. Hazırda qoruğun ərazisndə baş verən yanğının tam söndürülməsi istiqamətində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR