Azərbaycan Bəstəkarlar İttifaqı martın ortalarından yeni binada fəaliyyət göstərəcək

Azərbaycan Bəstəkarlar İttifaqı martın ortalarından yeni binada fəaliyyət göstərəcək
# 25 fevral 2009 11:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının yeni binasında aparılan əsaslı təmir işlərinin martın 15-dək yekunlaşması nəzərdə tutulur. Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov məlumat verib. O bildirib ki, hazırda binada təmir işləri davam etdirilir. Binanın bütünlüklə kompüterləşəcəyini bildirən Ramiz Zöhrabov, təmirdən sonra yeni binada bir sıra yeni layihələrin həyata keçiriləcəyini də qeyd edib. İttifaq sədrinin sözlərinə görə, bir neçə müddətdir fəaliyyət göstərən, ancaq son zamanlar yenilənməyən Azərbaycan Bəstəkarlar İttifaqının veb-saytı da yenilənəcək. Hazırda bir otaqda fəaliyyət göstərdiklərini də vurğulayan Ramiz Zöhrabov elə məhz bu səbəbdən də son zamanlar ittifaqın fəaliyyətində yeniliklərin olmadığını diqqətə çatdırıb. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yerləşdiyi bina ötən il Azərbaycan Bəstəkarlar İttifaqına verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR