Nazir Ziya Məmmədov: “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrasında Azərbaycan tərəfdən heç bir problem yoxdur”

Nazir Ziya Məmmədov: “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrasında Azərbaycan tərəfdən heç bir problem yoxdur”
# 12 oktyabr 2010 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrasında Azərbaycan tərəfdən heç bir problem yoxdur. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nazir bildirib ki, sözügedən dəmir yolu layihəsi çərçivəsində Azərbaycan cəmi 8 km uzunluğunda yolun çəkilməsi planlaşdırılır: “Dəmir yolu işə düşəcəksə, həmin ərazidə bərpa işləri aparılacaq. Əsas problem İranla bağlıdır, 365 km-lik Qəzvin-Astara yolunda işlər sürətləndirilməlidir”.

Z.Məmmədov qeyd edib ki, layihənin əsas depozitarları Rusiya, İran və Hindistandır: “Bu nəqliyyat dəhlizi üzrə ildə 25 mln. ton yük daşınması planlaşdırılır. Konsorsiumun yaradılması isə layihənin icrasından asılı olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR