Liviya prezidentinin oğlu: “Müəmmər Qəddafi ölkədədir və ordu onu müdafiə edir”

Liviya prezidentinin oğlu: “Müəmmər Qəddafi ölkədədir və ordu onu müdafiə edir”
# 21 fevral 2011 07:07 (UTC +04:00)
APA-nın məlumatına görə, Liviya liderinin oğlu bildirib ki, ordu Qəddafini müdafiə etmək üçün son gülləyədək döyüşəcək: “Mən vətəndaş müharibəsindən ehtiyatlanıram, bu müharibə neft səltənətini məhv edə bilər. Bəziləri Benqazidə hökumət yaratmaq, digərləri isə Əl-Baydada islam əmirliyi təsis etmək istəyir. Hər kəsin öz çevriliş planı var”.

Xatırladaq ki, ölkədə etiraz aksiyaları davam edir. Tripolinin mərkəzində yerləşən Yaşıl meydanda polislə nümayişçilər arasında toqquşmalar davam edir. Mənbələr şəhərdən aramsız atəş səsləri gəldiyini bildirir. Benqazidə təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına atəş açması nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR