Nazirlik: İpəkqurdları bəslənilməsi üçün fermerlərə ödənişsiz olaraq paylanılacaq

Nazirlik: İpəkqurdları bəslənilməsi üçün fermerlərə ödənişsiz olaraq paylanılacaq
# 26 aprel 2016 16:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İrandan və Çindən yüksək keyfiyyətli barama toxumları tədarük edilərək Azərbaycana gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.


Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, stansiyada inkubasiya müddəti başa çatmış toxumlardan alınan qurdlar bəslənilməsi üçün 27 apreldə müəyyənləşdirilmiş bölgü əsasında Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə ödənişsiz olaraq paylanılacaq.

Kümçüləri maarifləndirmək məqsədilə barama qurdlarının Qax Damazlıq İpəkçilik Stansiyasından təhvil alınması zamanı onlara ipəkqurdunun bəslənməsinə dair DVD disk, buklet və yaddaş vərəqələri veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR