Diktor Hicran Hüseynov Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb - FOTOSESSİYA

Diktor Hicran Hüseynov Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 02 mart 2013 10:49 (UTC +04:00)

APA-nın məlumatına görə, dəfndən əvvəl təşkil olunan mərasimində mərhumun yaxınları, çalışdığı kollektivin üzvləri, sənət adamları iştirak ediblər.

Diktorun sənət yoldaşı Şərqiyyə Hüseynova Hicran Hüseynovun ölümünün onun üçün ağır itki olduğunu bildirib: “Baxmayaraq ki, o məndən bir neçə yaş balaca idi, mən Hicranı həmişə kiçik qardaşım bilmişəm. Mən bu gün qardaşımı itirdim”.

Xalq artisti Tariyel Qasımov da Hicran Hüseynovla uşaqlıq dostu olduğunu qeyd edib: “Bizim uşaqlığımızın, tələbəlik illərimiz bir yerdə keçib, bir yerdə böyümüşük. O, mənim üçün çox əziz insan idi”.

Xalq artisti Rafiq Hüseynov da mərhum ilə neçə il çiyin-çiyinə çalışdığını bildirib: “O son dərəcə məsuliyyətli, son dərəcə mədəni, hamımızın xətrini çox istəyən bir insan idi”.

70 yaşında dünyasını dəyişən diktor Hicran Hüseynov Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR