Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb
# 11 dekabr 2013 00:26 (UTC +04:00)

“Danışıqlara başlamaq üçün saxlanılan etirazçıların azadlığa buraxılması, DİN rəhbəri Vitali Zaxarçenkonun istefaya getməsi və daxili qoşunların əsgərlərinin kazarmalara qaytarılması gərəkdir. Bu tələblər yerinə yetirildikdən sonra müxalifət liderləri hakimiyyətlə danışıqlara başlaya bilər”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın keçmiş DİN rəhbəri Yuri Lutsenko bəyan edib.

Yuri Lutsenkonun sözlərinə görə, danışıqlarda söhbət müvəqqəti hökumətin formalaşması, parlament və prezident seçkilərinə hazırlıq barədə getməlidir.

Dekabrın 11-də “Ukrayna” sarayında Ukraynanın birinci prezidenti Leonid Kravçukun təşəbbüsü ilə müxalifət və hakimiyyət nümayəndələri arasında “dəyirmi masa”nın keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR