Sahil qəsəbəsinin bir neçə küçəsində təmir işlərinə başlanılıb - FOTOSESSİYA

Sahil qəsəbəsinin bir neçə küçəsində təmir işlərinə başlanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 29 aprel 2016 08:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Qaradağ rayonu Sahil qəsəbəsinin bir-neçə küçəsində eyni vaxtda təmir işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, Emin Quliyev küçəsinin 360 metr, Zahid Qasımov küçəsinin 530 metr, Rövşən Rzayev küçəsinin 210 metr və Bəxtiyar Əliyev küçəsinin 550 metr uzunluğunda olan hissələridir.

Təmir işləri çərçivəsində Emin Quliyev küçəsinin 3 600 kvadratmetr, Zahid Qasımov küçəsinin 3 700 kvadratmetr, Rövşən Rzayev küçəsinin 1 500 kvadratmetr, Bəxtiyar Əliyev küçəsinin isə 4 200 kvadratmetr hissələri olmaqla, ümumilikdə 13 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Bundan başqa, Emin Quliyev küçəsində 400 paqon metr səki daşı da yenisi ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR