Bakıda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Bakıda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
# 06 may 2016 23:25 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü İmanov Bayraməli Vidadi oğlu məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Məktəbin həyətində bıçaqlanan 14 yaşlı şagird 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, bıçaqlanan və hadisəni törədən yeniyetmələr arasında mübahisə gündüz məktəbdə başlayıb. Daha sonra məktəblilər sosial şəbəkədə mübahisəni davam etdiriblər və bir-birilərinə söyüş yazıblar. Axşam saatlarında isə R.C. adlı məktəbli Bayraməli İmanova zəng edib və onu məktəbin həyətinə çağırıb. Orda məktəblilər dalaşıblar və R. özü ilə gətirdiyi bıçaqla Bayraməlini vurub.

14 yaşlı məktəbli əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR