"EgyptAir" itkin düşmüş təyyarənin qalıqlarının aşkarlandığını təsdiqləyib

"EgyptAir" itkin düşmüş təyyarənin qalıqlarının aşkarlandığını təsdiqləyib
# 19 may 2016 19:27 (UTC +04:00)

Bakı-APA. "EgyptAir" aviaşirkəti Aralıq dənizinin üzərində itkin düşmüş təyyarənin qalıqlarının aşkarlandığını təsdiqləyib. APA-nın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində aviaşirkətin vitse-prezidenti Əhməd Adel bildirib.

“Biz qalıqları aşkadıq”, - deyə o bildirib.

Bundan əvvəl Yunanıstanın Karpatos adası yaxınlığında təyyarənin qalıqlarının aşkarlandığı bildirilmişdi. Lakin bu məlumat rəsmi təsdiqini tapmamışdır.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR