Suraxanı sakinini avtomobil yaşadığı evin qarşısında vurub

Suraxanı sakinini avtomobil yaşadığı evin qarşısında vurub
# 18 may 2016 05:41 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Atamoğlan Rzayev küçəsində yaşayan Elnur Əliyevi avtomobil yaşadığı evin qarşısında vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı üçün olan təhlükə aradan qaldırılıb.

Faktla əlaqədar Suraxanı rayon polis İdarəsində araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR