Bakıda iki "KamAZ" toqquşub, ölən və yaralanan var

Bakıda iki "KamAZ" toqquşub, ölən və yaralanan var
# 12 iyul 2016 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində iki yük avtomobili toqquşub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Telman Vaqif oğlu Mehdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Bərdə rayon sakini, 1965-ci il təvəllüdlü Səfər Əhməd oğlu Əhmədova məxsus ”KamAZ” markalı avtomobillə toqquşub. Qəza nəticəsində T. Mehdiyev hadisə yerində ölüb, onun sərnişini, 1996-cı il təvəllüdlü Cahangir Bəhlul oğlu Əməkov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR