Tovuzda oğurluqla məşğul olan dəstə saxlanılıb

Tovuzda oğurluqla məşğul olan dəstə saxlanılıb
# 21 may 2016 13:19 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda mənzil və obyektlərdən oğurluq edən 3 nəfər saxlanılıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Qabil Babayev Tovuz rayon Polis şöbəsinə müraciət edərək mənzilindən müxtəlif əşyaların oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri 38 yaşlı Sahib İsmayılov, həmyaşıdı Samir Məmmədov və onun qardaşı 41 yaşlı Elşad Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar aprel-may ayları ərzində Tovuz şəhərində 4 evə, Aşağı Quşçu kəndində isə tikinti materialları satılan obyektə 2 dəfə daxil olaraq 6 min manatdan çox ziyan vurublar.

Saxlanılan şəxslər evlərdən, obyektdən götürdükləri bahalı əşyaları satıb gündəlik qazanc əldə etdiklərini bildiriblər. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllərdə eyni əmələ görə məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR