Ermənistanda qazın qiyməti endirilib

Ermənistanda qazın qiyməti endirilib
# 31 may 2016 11:10 (UTC +04:00)

Bakı – APA. İyulun 1-dən Ermənistanda təbii qaz tarifləri endiriləcək.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar İctimai xidmətlər Komissiyasının iclasında qəbul olunub.

Bundan sonra əhali üçün 1 kubmetr qazın qiyməti 146 dram (0,3 dollar-red.) olacaq.

Qərarın verilməsinə Rusiyanın aprelin 7-də Ermənistan üçün satılan qazın qiymətini 150 dollar müəyyənləşdirməsi səbəb olub. Bundan öncə Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 165 dollara alırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR