Elmar Məmmədyarov İtaliya nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov İtaliya nümayəndə heyətini qəbul edib
# 29 sentyabr 2016 16:39 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. E. Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib və Azərbaycanın İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Bakı Humanitar Forumuna dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino, forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR