Azərbaycan prezidenti Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 28 sentyabr 2016 10:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Tacikistan Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Ş. Zuxurovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırlayıb. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlət başçısı ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğulayıb. Azərbaycan ilə Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Ş. Zuxurov isə ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ölkəmizə həm də rəsmi səfərə gəldiyini vurğulayan Ş. Zuxurov Azərbaycan prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 10.47

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR