Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyada 5,6 bal gücündə zəlzələ olub
# 25 iyul 2016 03:43 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib.Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR