Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib - FOTO

Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 17 aprel 2015 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR