Azərbaycanda "Ebola" virusu ilə mübarizəyə qarşı xüsusi geyimlər və avadanlıqlar alınıb

Azərbaycanda "Ebola" virusu ilə mübarizəyə qarşı xüsusi geyimlər və avadanlıqlar alınıb
# 27 oktyabr 2014 09:58 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev APA-ya açıqlamasında deyib ki, bununla bağlı yaradılan 530-32-13 nömrəli “Qaynar xətt”ə Həcc ziyarətindən qayıdan bir zəvvardan əlavə də heç bir müraciət edilməyib.

R.Abdullayev qeyd edib ki, Azərbaycan "Ebola" virusu ilə mübarizəyə qarşı xüsusi geyimlər və avadanlıqlar alıb və tam hazır vəziyyətdədir: “Bu geyimlər Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb. Bütün ləvazimatlar komplekt formasında stansiyaya təqdim olunub və onların hamısı hazır vəziyyətdə laboratoriyada saxlanılır”.

R.Abdullayevin sözlərinə görə, bu virusa yoluxan hansısa şəxs aşkar olunarsa, onların daşınması üçün xüsusi təcili tibbi yardım maşınlar da alınıb. Direktor müavini vurğulayıb ki, xüsusi daşıyıcı xərəkləri olan maşınlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında saxlanılır: “Bu virusla mübarizə aparmaq üçün tam hazırıq. Bütün avadanlıqlar alınıb, tibbi heyət, palatalar tam hazır vəziyyətə gətirilib. Əgər hansısa hal aşkar olunarsa, onun qarşısını almaq mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR