“Azəryolservis”də Respublika günü ilə bağlı tədbir keçirilib

“Azəryolservis”də Respublika günü ilə bağlı tədbir keçirilib
# 27 may 2015 11:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan qurumun sədr əvəzi Saleh Məmmədov dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yeri olduğunu qeyd edib: “Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də qısa zaman ərzində dünya ölkələri tərəfindən tanınıb və beynəlxalq hüququn subyektinə çevrilib”.

S. Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Heydər Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini bildirib və onun Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirləri əlavə edib: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”.

“Azərbaycan hazırda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda mətin addımlarla irəliləyir. Xalqımız bundan sonra da ümummilli liderimizin layiqli davamçısı, prezident İlham Əliyevin ətrafında sıx birləşərək fundamental qələbələr qazanacaq, öz müstəqilliyini əbədi qoruyub möhkəmləndirəcəkdir”, - deyə S.Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR