Bakıda borclu kimi axtarışda olan 8 nəfər tutulub

Bakıda borclu kimi axtarışda olan 8 nəfər tutulub
# 05 dekabr 2014 08:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Paytaxtda axtarışda olan 8 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi və Nərimanov Rayon Polis idarələrinin Qeydiyyat-Şəxsiyyət Vəsiqəsi Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində borclu kimi axtarışda olanlar - 1987-ci il təvəllüdlü Elnur Hüseynov, 1963-cü il təvəllüdlü İradə Musayeva, 1984-cü il təvəllüdlü Zaur Atayev, 1979-cu il təvəllüdlü Natiq Məmmədov, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov, 1976-cı il təvəllüdlü Anar Məmmədov, 1956-cı il təvəllüdlü Həmid Mehdiyev, 1988-ci il təvəllüdlü Aqil Məmmədov müəyyən olunaraq tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR