"Nurgün Group"a daxil olan bəzi şirkətlərin saytı haker hücumundan sonra fəaliyyətini bərpa edib - YENİLƏNİB 1

"Nurgün Group"a daxil olan bəzi şirkətlərin saytı haker hücumundan sonra fəaliyyətini bərpa edib - <span style="color: red;">YENİLƏNİB 1
# 23 iyul 2016 16:15 (UTC +04:00)

Bakı - APA-Economics. Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalan "Nürgün Group" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətlərin saytı fəaliyyətini bərpa edib.

"APA-Economics" xəbər verir ki, holdinqin rəsmi internet səhifəsi, o cümlədən www.revansigorrta.az və www.nissan.az saytları fəaliyyətini bərpa edib. Hakerlərin hədəfinə tuş gələn şirkətlər qrupunun tərkibindəki digər müəssisələrin saytlarının bərpası istiqamətində isə iş gedir. Məsələn, www.dongfeng.az və www.beyazsud.az saytlarına daxil olan zaman hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətni, Suriyadakı vəziyyəti əks etdirən videoçarx əvəzinə "under construction" yazısına rast gəlmək mümkündür.

Mətbuata qapalılığa ilə seçilən şirkətlər qrupuna dəfələrlə zəng etsək də məsələ ilə bağlı hələ də münasibət öyrənmək olmayıb.

SAAT 11:30

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" "Nürgün Group" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri hədəfə alıb.

"APA-Economics" xəbər verir ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib. Bundan başqa, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir.

Haker qrupu "Facebook" səhifəsində hücuma məruz qalan şirkətlərin rəsmi internet səhifələrinin siyahısını açıqlayıb: www.nissan.az, www.vegastar.az, www.revansigorta.az, www.dongfeng.az, www.beyazsud.az və s.

Bundan öncə olduğu kimi, bu dəfə də şirkətlər qrupundan məsələ ilə bağlı münasibət öyrənmək olmayıb.

SAAT 10:43

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalıb.

"APA-Economics" xəbər verir ki, hakerlər şirkətin saytında "I love the Caliphate State Islamic country" şüarını və təhdid dolu mətn yerləşdirib.

Bundan başqa, saytda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib.

Məsələ ilə bağlı şirkətdən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, "Rəvan Sığorta" ASC "Nurgün" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR