Sumqayıtda azyaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayıb - VİDEO

Sumqayıtda azyaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayıb - <span style="color: red;">VİDEO
# 24 dekabr 2014 09:01 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Daha sonra təqsirləndirilən X.Babayeva ifadə verərək özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 27-də davam etdiriləcək.

Qeyd edək ki, bu il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR