Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının vaxtı dəyişdirilib

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının vaxtı dəyişdirilib
# 07 sentyabr 2016 13:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan prezidentinin Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncamına əsasən 26 sentyabr 2016-cı il qeyri-iş günü elan edilib. Bununla əlaqədar 26 sentyabr 2016-cı il tarixinə təyin olunmuş sertifikasiya imtahanları 30 sentyabr, saat 11.00-da keçiriləcək”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından məlumat verilib. Bildirilib ki, imtahana verilmiş buraxılış vərəqələri etibarlıdır.

Əlavə məlumat üçün 433-08-93 nömrəli telefona zəng etmək və ya [email protected] elektron poçtuna sualları yazmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR