Bank Of Baku

İsmayıllıda 29 yaşlı qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

İsmayıllıda 29 yaşlı qadının həyat yoldaşı tərəfindən  qətlə yetirildiyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 iyul 2018 10:53 (UTC +04:00)

İsmayıllı rayonunda güllələnərək öldürülən qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdmaşı kənd sakini,  1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu tərəfindən öldürülüb.

 

Elçin Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

 

Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədəli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədədn xəsarətləri yetirib.

 

Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.

 

Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

***

 

10.16

 

İsmayıllı rayonunda güllələnmə hadisəsi  baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

 

Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR