“Dərs” bədii filminin təqdimatı keçiriləcək

“Dərs” bədii filminin təqdimatı keçiriləcək
# 06 may 2015 07:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 7-də Nizami Kino Mərkəzində “Dərs” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.

Təqdimatdan sonra filmin məktəblilər üçün Bakıda və bölgələrdə kütləvi nümayişi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR