Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilir
# 17 iyul 2015 11:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur.

S. Lavrov azərbaycanlı həmkarını Moskvada görməkdən məmnunluğu ifadə edib. O, eyni zamanda ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını da söyləyib.

E. Məmmədyarov isə öz növbəsində onu Moskvaya səfərə dəvət etdiyinə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

O, görüşün ölkə prezidentlərinin xarici işlər nazirlərinin qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, bugünkü görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR