Çexiyanın sənaye və ticarət naziri Energetika Nazirliyində olub

 Çexiyanın sənaye və ticarət naziri Energetika Nazirliyində olub
# 04 mart 2015 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Energetika Nazirliyində Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən energetika sahəsində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Energetika nazirinin müavini Natiq Abbasov ikitərəfli münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qonaqlara son illərdə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, həyata keçirilən iri layihələr barədə məlumat verib. Söhbət zamanı Azərbaycanla Çexiya arasında müxtəlif istiqamətlərdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyasının işinin gücləndirilməsinin, çex şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR