İŞİD-in Liviyadakı lideri məhv edilib

İŞİD-in Liviyadakı lideri məhv edilib
# 15 noyabr 2015 05:30 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.

Kuk qeyd edib ki, Əbu Nabilin məhv edilməsi əməliyyatı hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR