Aydın Əliyev: “Ölkəyə idxal olunan dərman preparatlarına güclü nəzarət mövcuddur”

Aydın Əliyev: “Ölkəyə idxal olunan dərman preparatlarına güclü nəzarət mövcuddur”
# 02 sentyabr 2014 15:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Lisenziya, xüsusi icazə olmadan və müvafiq sənədlər təqdim olunmadan Azərbaycan gömrük orqanları heç bir dərman preparatını Azərbaycan ərazisinə buraxmır”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, psixotrop maddələrin və buna bənzər digər dərmanların dövriyyədən götürülməsi gömrük orqanının ixtiyarındadır: “Bəzi vətəndaşlar digər ölkələrə getdikdə öz tələbatı üçün resept əsasında dərman gətirir. O dərmanlar resept əsasında ölkəyə gətirilirsə, gömrük orqanları bununla bağlı heç bir tədbir görə bilməz. Ölkəyə idxal olunan dərman preparatlarına isə güclü nəzarət mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR