Abdulvahab Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Abdulvahab Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 20 may 2015 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

Aparılan işlərlə əlaqədar göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR