Elman Fəttah: “Növbədənkənar qurultayın keçirilməsinə nail olmayacaqlar”

Elman Fəttah: “Növbədənkənar qurultayın keçirilməsinə nail olmayacaqlar”
# 04 dekabr 2014 11:19 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.

E. Fəttah bildirib ki, növbədənkənar qurultayın çağırılması ilə bağlı təşəbbüs qrupunun yaradılmasını təqdir etmir: “Ancaq bu, onların hüquqlarıdır. Mən gözləmirəm ki, onlar növbədənkənar qurultayın keçirilməsinə nail olacaqlar. Çünki Müsavat Partiyasının Nizamnaməsinə əsasən növbədənkənar qurultayın çağırılması ən azı 14 rayon təşkilatının şuralarının qərarı ilə Məclisin gündəliyinə salına bilər. Yekunda isə birmənalı olaraq növbədənkənar qurultaya Məclis səs çoxluğu ilə qərar verməlidir. Əgər israr edirlərsə, buyursunlar, Nizamnamə üzrə işləsinlər. Nəyə nail olacaqlarsa, olsunlar. Hesab edirəm ki, buna nail ola bilməyəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR