Lənkəranda dənizdə batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda dənizdə batan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2016 14:20 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin "Kiçik bazar" ərazisində çimərkən batan şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, batan şəxs rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadədir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri onun meyitinin axtarışlarını davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13.22

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR